
Saxara çölündəki Tenere ağacı — səhranın sonsuz sükutunda, qumun və küləyin içində tək dayanır. O, həyatın bütün çətinliklərinə meydan oxuyan, davamlılıq və gücün canlı simvoludur. Tenere ağacı — ən quraq torpaqda, ən sərt küləklərdə belə kök atıb yaşamağı bacaran nadir möcüzədir.
Əsrlər boyu səhradan keçən yolçular üçün bu ağac yalnız kölgə və istirahət yeri olmayıb — həm də ümid işığı, istiqamət, həyatın dayanıqlığına şahid olub. Sükut içində dayanaraq, insanlara pıçıldayır: “Fırtınalar ötəcək, qumlar sakitləşəcək, illər dəyişəcək, amma ruh və iradə əbədi qalacaq.”
Tenere ətri də məhz bu hekayəni daşıyır. O, səhranın ruhunu, gücünü və sirrini hər damlasında gizlədib. İ l k notlarda qumun isti nəfəsini, ortalarda küləyin sərtliyini, son akkordlarda isə ağacın köhnəlməz inadını hiss edəcəksiniz. Bu ətir sadəcə qoxu deyil, bir yolçuluq, bir hekayə, bir xatirədir.
Tenere — gücü, davamlılığı və ruhun əbədiliyini özündə yaşadan, zamanın sınavından çıxmış ətrdir.
Təbiətin ən sadiq hekayəsi
Səhranın qoxusu






Qadın parfümü
Kişi parfümü
Saç parfümü
"Saxara" promo kodu ilə 10% endirim əldə et
YALNIZ BU HƏFTƏ!













